Ölkə

Əfv komissiyası toplaşdı: 100-dək müraciətə baxıldı

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
APA-nın xəbərinə görə, komissiyaya əfvlə bağlı 1000-dən çox müraciət daxil olub, bu gün 100-dək müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq.
Əfv sərəncamının Novruz bayramı ərəfəsində imzalanması gözlənilir.

Bir cevap yazın