Maqazin

Əməkdar artist: “Kişim yoxdur, dünyanın xoşbəxtiyəm”

Məşhur qarmon ifaçısı Əməkdar artist Gövhər Rzayeva geyindiyi sinə dekolteli geyimlərindən söz açıb.

Aranxeber  xəbər verir ki, ARB televiziyasında yayımlanan “Ona qalsa” səhər şousunda qonaq olan sənətçi heç vaxt sinəsi bağlı geyimlərdən istifadə etmədiyini bildirib:

“Məni belə görüblər, alışıblar. Boğazı bağlı geyinə bilmirəm. Ürəyim sıxılır. Evdə işimə heç kim qarışmır. Mən onların anasıyam, onlar mənim yox.

Evdə yeməyi ancaq özüm bişirirəm. Bircə ev təmizləməklə aram yoxdur. Amma dolabımı özüm yığışdırıram”.

Kişilərdən bəhs edən qarmon ustadı şəxsi həyatında heç kimin olmadığını söyləyib:

“Kişilər də müxtəlif olur. Bəzisi var ki, Allah onu bayır üçün yaradıb. Gedir pullarını xərcləyir, əliaçıqdır. Amma evdə arvad pul istəyəndə canına azar olur. Eləsi də var ki, pulunu evdə də xərcləyir, çöldə də…

Mənim kişim yoxdur. Canım rahatdır. Dünyanın xoşbəxtiyəm”.