Ölkə Sosial

“190 manatlıq ödəniş iyun və iyul ayında da verilsin!” – Deputat məsələ qaldırdı, nazir cavab verdi

Əli Məsimlinin qaldırdığı məsələ hökumətin və dövlət başçısının diqqətindən kənarda deyil”.

Bunu Milli Məclisin iclasında Maliyyə naziri Samir Şərifov işsizlərə verilən 190 manatlıq birdəfəlik ödənişlə bağlı deyib.

O bildirib ki, təxirə salınmadan müvafiq qərarlar qəbul ediləcək.

“Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. Biz yenidən karantin rejiminin əvvəlki formasına qayıdırıqsa, bir neçə istiqamətdə işlərimizi sürətləndirməliyik”.

Milli Məclisin iclasında deputat Əli Məsimli deyib.

Deputat bildirib ki, aprel və may ayında verilən 190 manatlıq birdəfəlik ödəniş iyun və iyul ayında da verilməlidir:

“Pandemiyada əziyyət çəkən sahələrə də iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.