Hadisə Mingəçevir Region

24 yaşlı Mingəçevir sakini naməlum şəraitdə xəsarət alıb

Mingəçevir sakini qolundan xəsarət alıb.

APA-nın Mingəçevir bürosunun məlumatına görə, hadisə Təbriz küçəsində baş verib.

1996-cı il təvəllüdlü Məmmədov Cavanşir İsrafil oğlu sağ qolundakı kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya yerləşdirilib.

Xəsarətin qəsd və ya təsadüf nəticəsində yetirildiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır.