Region Salyan

48 yaşlı kişi yaşadığı evdə intihar etdi

Salyanda 48 yaşlı kişi inthar edib. 

Hadisə rayonun Xıdırlı kəndində baş verib.

Belə ki, 1972-ci il təvəllüdlü kənd sakini Çələbiyev Rafiq Oruc oğlu yaşadığı evdə özünü asaraq intihar edib. 

Onun meyiti ailə üzvləri tərəfindən aşkar edilib. Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb olunub.

R.Çələbiyevin hansı səbəbdən intihar etdiyi hələlik məlum deyil.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.