Hadisə Mingəçevir Region

64 yaşlı kişi Yuxarı Qarabağ kanalında batıb

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Yuxarı Qarabağ kanalının Mingəçevir şəhəri ərazisindən keçən hissəsində 1956-cı il təvəllüdlü Hacıyev Afiq Teymuraz oğlunun batması barədə məlumat daxil olub.

Aranxeber-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək