İnkişaf İqtisadiyyat Sosial

8 saatdan artıq işləmək olmaz – VİDEO

Əmək qanunvericiliyinə əsasən, gündəlik iş vaxtının müddəti 8 saatdan artıq ola bilməz. Vətəndaşlar əmək müqaviləsi əsasında işləməklə digər əmək-sosial hüquqlarla yanaşı, gündəlik yalnız 8 saat işləmək hüququna da malik olurlar.

Aranxeber xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, bu mövzuda nazirlik tərəfindən ictimai maarifləndirmə tədbirləri çərçivəsində videoçarx hazırlanıb.

Qeyd etmək istərdik ki, gündəlik iş vaxtının 8 saatdan artıq olmaması ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əhalı arasında mütəmadi olaraq məlumatlandırma aparmağına baxmayaraq hələ də bəzi iş yerlərində, xüsusilə regionlarda fəaliyyuət göstərən bəzi özəl firma və şirkətlər bu qadağalara məhəl qoymur.

Məlumat üçün bildiririk ki, Əmək Məcəlləsinin 215-ci maddəsinə əsasən, əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələrindən biri də normal əmək və istirahət rejiminə riayət etməkdir Əməyin mühafizəsi qaydalarının pozulmasına, normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 198.0.5. maddəsinə əsasən min manatdan iki min manatadək məbləğdə cərimə tətbiq edilir.

Həmin videoçarxı təqdim edirik.​