Maraqlı Mədəniyyət Ölkə

Afaq Bəşirqızı Ağstafanın yeni İcra başçısına “UŞAQ” dedi

Aranxeber BiG.AZ-a istinadən xəbər verir ki, Sənətkar Ağstafaya yeni icra başçısı təyin olunan Seymur Orucovun çıxışına toxunub:

“Mənim Prezidentim təkdir, bəzən ona yalan məlumatlar verirlər. Ona təqdim olunan bəzi mütəxəssislər çox yararsızdırlar. Elə bu günlərdə Ağstafa kimi ziyalılar məskəninə – Ağstafa, Qazax, Tovuz istər elm, istər mədəniyyət sahəsində öndə gedən rayonlarımızdır, çox güclü mütəxəssislər yetişdirən diyardır – 1984-cü il təvəllüdlü bir uşağın təyin olunması və təyinatından az sonra o cür danışması yolverilməzdir. Ay uşaq, 1992-ci ildə sənin səkkiz yaşın var idi. Gərək sənə vəzifə təklif olunanda özün deyəydin ki, mən buna layiq deyiləm. Bəsdirin! Son qoyun qohumbazlığa. Bu, filankəsin qızıdır, bu, filankəsin oğludur. Uçurumun kənarındayıq. Əlbəttə, siz bunu hiss edə bilməzsiniz. Niyə? Çünki sizin artıq dəniz qıraqlarında, çay qıraqlarında, meşələrdə, ormanlarda Azərbaycandan oğurladığınız pullarla gözəl villalarınız, şəraitiniz var. Uçurumun kənarında xalqdır, siz yox”.