Ağcəbədi Hadisə Region

Ağcabədi sakinindən silahlar götürüldü

Ağcabədi rayon sakinində silahlar aşkarlanıb.

Aranxeber xəbər verir ki, bu, barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Ağcabədi Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilən məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində F.Əliyevin Ağabəyli kəndindəki evinin zirzəmisindən müvafiq sənədləri olmayan 2 ədəd “İJ-12” markalı ov tüfəngi aşkar edilərək götürülüb.