Ağcəbədi Baş Hadisə Kürdəmir Region

Ağcabədidə bir nəfər Yuxarı Qarabağ su kanalında boğulub

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Yuxarı Qarabağ su kanalının Ağcabədi rayonu, Hacıbədəlli kəndi ərazisindən keçən hissəsində 1982-ci il təvəllüdlü Soltanov Osman Əfsər oğlunun batması barədə məlumat daxil olub.

Aranxeber xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Axtarış nəticəsində Kür çayının Kürdəmir rayonu, Mollakənd kəndi ərazisindən keçən hissəsində 2004-cü il təvəllüdlü Usubov Aqil Şahverdi oğlunun meyiti tapılaraq çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.