Ağcəbədi Hadisə Region

Ağcabədidə inzibati binada yanğın

Ağcabədi rayonunda ümumi sahəsi 110 kvadrat metr olan birmərtəbəli inzibati binada yanğın olub.

Bununla bağlı Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, binanın sahəsi 28 kvadrat metr olan otağında lambirindən ibarət tavan, elektrik kabeli və sənədlər qismən yanıb.

Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.