Ağdaş Hadisə Region

Ağdaşda ova gedən kişi ayağını güllələdi

Ağdaş rayonunda ovçu ehtiyatsızlıq edərək özünə xəsarət yetirib.

Aranxeber xəbər verir ki, Biləsuvar rayon sakini, 1979-cu il təvəllüdlü Hüseynli Savalan Hüseynağa oğlu Ağdaş rayonunda ov edərkən əlində olan 12 kalibrli ov tüfəngi ilə ehtiyatsız davranaraq atəş açıb. Atəş onun ayağına tuş gəlib.

O, əvvəlcə Ağdaş rayon Mərkəzi Xəstəxanasına aparılıb. Daha sonra vəziyyəti ağır olduğu üçün Bakıda yerləşən xəstəxanaların birinə gətirilib.

Müayinə zamanı onda aşağı ətraf və ayağının çoxsaylı qırma yaraları aşkarlanıb.

Yaralı əməliyyat olunub.