İqtisadiyyat Region

Aran bölgəsinin ən varlı və ən kasıb rayonları – MAAŞLAR, MƏBLƏĞ – Qrafik, SİYAHI

Azərbaycanda əməkhaqlarının ən yüksək və ən aşağı olduğu rayon/şəhərlər məlum olub.

Aranxeber  xəbər verir ki, ölkədə ən yüksək maaş əvvəlki kimi Bakı şəhərindədir. İkinci yeri sürpriz şəkildə Gədəbəy tutur. Bu həmin rayonda qızıl mədənlərinin olması və burada maaşların yüksək olması ilə bağlıdır. Elə həmin səbəbdən Daşkəsən də ölkədə maaşların ən yüksək olduğu ilk 4-lükdə yer alıb. Ölkədə yalnız bu şəhər və rayonlarda orta aylıq maaş 600 manatdan yüksəkdir.

Azərbaycanda ən kasıb rayonlar isə, işğal altında olan rayonları nəzərə almasaq, Zaqatala, Ağcəbədi və Qaxdır. Bu rayonlarda isə orta maaş 400 manata da çatmır.

Aranxeber Aran bölgəsinin ən varlı və ən kasıb rayonların siyahısını təqdim edir.

Rayonun adıOrta aylıq əməkhaqqı
Ağcəbədi398.8
Bərdə400.3
Ağdaş411.8
Sabirabad415.1
Zərdab420.6
Beyləqan422.7
Kürdəmir422.7
Saatlı423.4
Göyçay426.7
Yevlax439.5
Neftçala444.2
Ucar459.6
Mingəçevir465.1
Hacıqabul465.2
İmişli491.7
Salyan503.4
Biləsuvar524.8
Şirvan557.3