Dünya Maraqlı

Asfaltı dəlib çıxmış göbələklər müzakirələrə səbəb oldu – VİDEO

Sosial şəbəkələrdə asfaltı dələrək çıxmış göbələklərin görüntüləri yayılıb.

“Hue” “Telegram” kanalının yayımladığı kadrlar Rusiya paytaxtında qeydə alınıb.

Kadrlarda görüntüləri qeydə alan Moskva sakininin səsi eşidilir. O, yeni, asfaltı dəlib çıxmış göbələkləri tapdığına şad olduğunu deyir.

Kadrlar sosial şəbəkələrdə maraqla qarşılanıb. Bəziləri isə mənşəyi bilinməyən belə göbələklərdən uzaq durmağı tövsiyə ediblər.