İdman

Avroliqada oynayacaq klubu tərk edib “Sabah”a keçdi – FOTO

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.

Aranxeber xəbər verir ki, müdafiəçi Slavik Alxasovla 2+1 illik müqavilə bağlanıb.

27 yaşlı futbolçu karyerası ərzində “Sumqayıt” (2011-2013, 2014-2016), “Xəzər Lənkəran” (2014) və “Keşlə” (2016-2020) klublarında çıxış edib.

Xatırladaq ki, “Sabah” bundan əvvəl “Qəbələ”dən Amin Seydiyev, İdris İnqilablı və Samir Məhərrəmlinin keçidini rəsmiləşdirmişdi. Kərim Diniyev və Vadim Abdullayevlə isə yollar ayrılmışdı.