Maqazin Sağlamlıq

Aygün Kazımova karantinə alındı – VİDEO

Xalq artisti Aygün Kazımovanın köməkçisi və onun ailəsi koronavirusa yoluxub.

Aranxeber xəbər verir ki, bununla bağlı müğənni “Instagram” hesabında məlumat verib.

Sənətçi bildirib ki, bu səbəbdən o da çox sevdiyi səhnədən uzaq düşüb və karantinə alınıb.

Aygün Kazımova koronavirusun varlığına şübhə ilə yanaşanlara səslənərək, məsələnin ciddiliyinin fərqinə varmağa və özlərini qorumağa çağırıb.