Baş Hadisə

Azərbaycan – Ermənistan sərhədində döyüş gedir, itkilər var – RƏSMİ

Bu gün Azərbaycan – Ermənistan sərhədində düşmən təxribat törədib.

Aranxeber xəbər verir ki, iyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar.

Bu barədə Müdafiə Nazirliyindən məlumat yayıb.

Qeyd edilib ki, hər iki tərəfdən itki var.

Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

İctimaiyyətə əlavə məlumat veriləcək.