Mədəniyyət

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində vakant inzibati vəzifələrin tutulması məqsədilə 13 yanvar 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərin nəzərinə!

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyindən Dövlət İmtahan Mərkəzinə daxil olmuş məktubda yeni mədəniyyət idarəetmə sisteminin formalaşdırılması məqsədilə Nazirlikdə struktur dəyişikliklərinin aparıldığı bildirilir. 

Struktur dəyişikliyi ilə əlaqədar olaraq, Nazirliyin aparatında və strukturuna daxil olan qurumlarda vakant inzibati vəzifələrin tutulması məqsədilə 13 yanvar 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə planlaşdırılmış müsahibələr ləğv edilmişdir. 

Struktur dəyişikliyi yekunlaşdıqdan sonra Nazirlikdə vakant olan vəzifələrin tutulması məqsədilə yeni müsahibə elanlarının verilməsi nəzərdə tutulur.