Ölkə

Azərbaycan sülhməramlılarının bir qrupu Əfqanıstana yola salındı – FOTO

NATO-nun “Qətiyyətli Dəstək” missiyasının tərkibində fəaliyyət göstərmək məqsədilə Azərbaycan Ordusunun bir qrup sülhməramlısı, plana uyğun olaraq, rotasiya qaydasında Əfqanıstana yola salınıb.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan Ordusunun Əfqanıstandakı sülhməramlı missiyası 2002-ci il noyabrın 20-dən başlayıb.