İdman Ölkə

Azərbaycan yığması Millətlər Liqasına məğlubiyyətlə başladı

Azərbaycan – Lüksemburq görüşü başa çatıb. 

Millimiz oyundan məğlub ayrılıb. 

Qarşılaşmanın 43-cü dəqiqəsində Ramil Şeydayev yığmamızı hesabda önə keçirsə də, ikinci hissədə iki qol vuran qonaqlar yekunda meydandan 3 xalla ayrılıblar.

Millətlər Liqası

C liqası, 1-ci qrup

I tur, 5 sentyabr

Azərbaycan – Lüksemburq – 1:2

Qollar: Ramil Şeydayev, 43 – Anton Krivotsyuk, 48 (avtoqol), Gerson Rodriges, 72