Hadisə

Azərbaycanda bəbirin öldürülməsi iddiası: Əslində, nə baş verib? – FOTOFAKT

Sosial şəbəkələrdə Lənkəranda bir gəncin bəbiri öldürməsi barədə məlumat paylaşılıb. İddia olunur ki, dünən Ruslan adlı gənc ona hücum edən yırtıcını boğaraq öldürüb.

Aranxeber xəbər verir ki, hadisənin Azərbaycanda baş vermiş kimi təqdim edilməsi yanlışdır.

Sözügedən hadisə 2013-cü ilin noyabr ayında Türkiyənin Diyarbəkir şəhərində baş verib. Bəbir bir çoban tərəfindən öldürülüb.

Şəhər yaxınlığında görülən bəbirin çoban tərəfindən ov tüfəngi ilə vurulması ilə əlaqədar Türkiyənin Təbiəti Qoruma və Milli Parklar Agentliyi tərəfindən verilmiş iddia ərizəsi əsasında cinayət işi başlanılıb.

Çoban bəbiri özünümüdafiə məqsədilə vurduğunu bildirib. Əvvəlcə 50 min türk lirəsi həcmində cərimə təyin olunsa da, sonradan bu məbləğ 434 lirəyə enib. Məhkəmənin qərarına əsasən, çoban qanunsuz silah gəzdirmə və fişəng güllə əvəzinə odlu güllədən istifadə etdiyinə görə cəzalandırılıb.