Hadisə Region Sabirabad

Azərbaycanda icra başçısının müavinini maşın vurdu

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavinini avtomobil vurub. 

Sabirabad Rayon İcra Hakimiyyəti başçısının müavini – Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Vahid İsaxan oğlu Həsənovu avtomobil vurub. 

V.Həsənov başından xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.