Hadisə

Azərbaycanda nazirə yeni müavin təyin edildi

Prezident İlham Əliyev Müdafiə Sənayesi naziri Mədət Quliyevə müavin təyin edilməsi barədə sərəncam imzalayıb. 

Aranxeber-in məlumatın sərəncama əsasən, bu vəzifəyə Mehman Abbas oğlu Baxışov təyinat alıb.

O, 1959-cu il iyul ayının 28-də Abşeron rayonunun Altı-Agac kəndində anadan olub.
M.Baxışov Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2008-ci il tarixli Sərəncamı ilə “Hərbi xidmətlərə görə” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2013-cü il tarixli Sərəncamı ilə Mehman Baxışova general-mayor hərbi rütbəsi verilib.

Hərbi rütbələri

s/nRütbəKim tərəfindənverilibƏmrlərintarixi
1LeytenantSSRİ Müdafiə naziri26.06.1981
2Baş leytenantSSRİ Hərbi Donanma komandanı12.09.1983
3Kapitan-leytenant (kapitan)SSRİ Hərbi Donanma komandanı23.08.1986
43-cü dərəcəli kapitan(mayor)SSRİ Hərbi Donanma komandanı17.07.1989
52-ci dərəcəli kapitan (polkovnik-leytenant)Azərbaycan RespublikasınınMüdafiə naziri13.02.1992
61-ci dərəcəli kapitan (polkovnik)Azərbaycan RespublikasınınMüdafiə naziri26.02.1996
7General-mayorAzərbaycan RespublikasınınPrezidenti25.06.2013

Təltifləri

s/sTəltiflərin adıKim tərəfindən verilibƏmrin tarixi
1“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalıSSRİ Müdafiə naziri11.01.1988
2“SSRİ Silahlı Qüvvələrinin 70 illik yubiley” medalıSSRİ Ali Sovetin Rəyasət heyəti28.01.1988
3“SSRİ Silahlı Qüvvələrində qüsursuz xidmətlərə görə” 2-ci dərəcəli medalıSSRİ Müdafiə naziri29.12.1991
4“Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalıAzərbaycan Respublikasının Müdafiə naziri26.06.2003
5“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley” medalıAzərbaycan Respublikasının Müdafiə naziri26.06.2003
6“Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı” medalıAzərbaycan Respublikasının Müdafiə naziri22.06.2004
7“Qüsursuz xidmətə görə” 2 ci dərəcəli medalıAzərbaycan Respublikasının Müdafiə naziri25.06.2007
8“Hərbi xidmətlərə görə” medalıAzərbaycan Respublikasının Prezidenti25.06.2008
9“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008) yubiley” medalıAzərbaycan Respublikasının Müdafiə naziri26.06.2008
10“Qüsursuz xidmətə görə” 1 ci dərəcəli medalıAzərbaycan Respublikasının Müdafiə naziri23.06.2012
11“Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013) yubiley” medalıAzərbaycan Respublikasının Müdafiə naziri24.06.2013
12“Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalıAzərbaycan Respublikasının Müdafiə naziri24.06.2014
13“Hərbi xidmətdə fərqlənməyə görə” 2-ci dərəcəli medalıAzərbaycan Respublikasının Müdafiə naziri14.12.2017
14“Hərbi xidmətdə fərqlənməyə görə” 1-ci dərəcəli medalıAzərbaycan Respublikasının Müdafiə naziri26.06.2018
15“Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” Azərbaycan Respublikasının yubiley medalıAzərbaycan Respublikasının Müdafiə naziri26.06.2018