Hadisə

Azərbaycanda sabiq nazir vəfat etdi

1989-1996-cı illərdə Azərbaycanın məişət xidməti naziri vəzifəsində işləmiş Nailə Bağırova vəfat edib.

Aranxeber xəbər verir ki, o, 81 yaşında ölüb.

Nailə Bağırova Azərbaycan SSR əməkdar iqtisadçısı, “Şərəf nişanı” ordeni laureatıdır.

O, 1939-cu ildə Bakı şəhərində anadan olub, Azərbaycan Dövlət Universitetində (indiki BDU) ali təhsil alıb.

Nailə Bağırova əmək fəaliyyətinə 1957-ci ildən başlayıb. 1982-1984 illərdə Maliyyə nazirinin müavini,1984-1989 illərdə Azərbaycan Dövlət Qiymət Komitəsinin sədri, 1989-1996 illərdə Azərbaycan Respublikası Məişət Xidməti naziri olub.

Onun adı İngiltərədə çıxan “Dünyanın işgüzar qadınları” kitabına salınıb.