Hadisə Maqazin

Azərbaycanlı məşhurun evindən oğurluq edən şəxsdən TÜKÜRPƏDİCİ ADDIM – VİDEO

Mart ayında aparıcı Azər Zahidoğlunun tikintisi başa çatmaq üzrə olan bağ evindən oğurluq edənlər saxlanılıblar.

Milli.Az xəbər verir ki, bu barədə aparıcı “5/5″in efirində məlumat verib.

Azər evindən oğurluq edən şəxslərdən birinin tükürpədici yalanını da efir vasitəsi ilə açıqlayıb:

“Oğurluq mart ayının 6-8-i aralığında bərk külək olan gün baş verdi. Səhər gəldik belə bir şeylə qarşılaşdıq. Elektrik avadanlığı aparıbılar, qab-qaşıqlar var idi, onları aparıblar. Dəyərli qab-qaşıq idi. Hətta həyat yoldaşına zəng edib deyib ki, “Mən sənin 8 martına hədiyyə almışam. Tutulandan sonra onun həyat yoldaşına bizim polis əməkdaşları zəng ediblər ki, onu (naboru) göndərin bura. Qab-qacaq dəstini güya həyat yoldaşına hədiyyə alıb. Oğurluq edənlər 4 nəfər idilər, tanış deyildilər. Başqa-başqa rayonlardan idilər, sadəcə qruplaşıblar”.