Dünya İdman

Azarkeşlər “Barselona” futbolçularını fitə basdı

“Barselona” azarkeşləri Çempionlar Liqasında “Bayern Münih”ə rüsvayçı şəkildə məğlub olan komandalarını kəskin narazılıqla qarşılayıblar.

Bu barədə “Daily Mail” məlumat yayıb.

Azarkeşlər “Barsa” futbolçularını fitə basaraq onların ünvanına təhqirlər səsləndiriblər. Yalnız Ansu Fati və Riki Puiq azarkeşlər tərəfindən alqışlanıb.

Qeyd edək ki, Barselona Bayern Münihə qarşı 8-2 lik məğlubiyət yaşayıb.