Bərdə

Bərdədə bitkiçilik üzrə regional mütəxəssislərlə görüş keçirilib

Avropa Ittifaqının maliyyə dəstəyi ilə “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” Layihəsi çərçivəsində həyata keçirilən Usta yanında Şəyirdlik (Apprenticeship) proqramı ilə əlaqədar, bugün Bərdə şəhərində Bitkiçilik üzrə regional mütəxəssislərlə görüş keçirilib.


Görüş zamanı regiondan olan işəgötürənlər və mütəxəssislərlə fikir mübadiləsi aparılıb, şəyirdlik proqramının icra olunması istiqamətində müzakirələr edilib. Layihə eksperti Səbinə Ədilova bildirib ki, “Ustayanında Şəyirdlik” proqramı “Bitkiçilik mütəxəssisi” ixtisası üzrə təhsil proqramının əsas hissəsidir. Bu proqram modullar üzrə tələbələrin əsas və peşə səriştələrinin əldə edilməsinə xidmət edir. Eyni zamanda praktik dərslərin işəgötürən müəssisədə təşkil edilməsi tələbələrin iş yerinin əsas xüsusiyyətlərini dərk etmək, komanda halında çalışmaq vərdişlərini formalaşdırır. Proqrama kursun mənimsənilməsinin nəticələrinə verilən tələblər, tələbələrin ümumi və peşə səriştələri daxil edilə bilər. Bu “Ustayanında Şəyirdlik” Proqramına dərs saatları haqqında məlumat, proqramın məzmunu və quruluşu, işçi tədris planı və kurslar üzrə ustayanında şəyirdliyin PTT elementləri daxil edilməklə illik tədris – təqvim qrafikləri daxil edilmişdir.


Qeyd edək ki, “Bərdə Peşə Liseyinin modernləşdirilməsi” layihəsi 2017-ci ilin oktyabr ayından
etibarən Avropa İttifaqının maliyyə dəstəyi ilə Yerli İdarəetməyə Yardım İctimai Birliyi
tərəfindən həyata keçirilir.