Bərdə Hadisə Region

Bərdə sakinini bıçaqlayaraq avtomobilini qaçıran şəxs tutuldu

Bərdədə quldurluq hadisəsi baş verib.

Bu barədə Aranxeber-əDaxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verilib.

Belə ki, Bərdə Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cari il yanvar ayının 6-da Lənbəran kəndi ərazisində Xocalı şəhər sakini K.Əhmədova bıçaqla daxilə nüfuz edən xəsarət yetirib, “VAZ-2106” markalı avtomobilini quldurluq yolu ilə almaqda şübhəli bilinən Kəlbəcər rayon sakini R.Mirzəyev saxlanılıb.

Faktla əlaqədar cinayət işi başlanılıb.