Bərdə Hadisə Region

Bərdədə iki “VAZ” toqquşub, yaralılar var – FOTO

Bərdə rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi zamanı biri 6 yaşlı uşaq olmaqla 8 nəfər xəsarət alıb.

Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Soğanverdilər kəndi ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 2107” markalı avtomobil qarşıdan gələn “VAZ 2115” markalı digər nəqliyyat vasitəsilə toqquşub. Nəticədə avtomobillərdə olan sürücü və sərnişinlər xəsarət alıb. Sərnişinlərin arasında 6 yaşlı uşaq da var. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşları və təcili tibbi yardım əməkdaşları çağırılıb. Yaralılar Ağdam və Bərdə Mərkəzi Rayon Xəstəxanasına aparılıb.

Faktla bağlı araşdırmalara başlanılıb, yaralıların və sürücülərin kimliyi araşdırılır.