Bərdə Hadisə Region

Bərdədə kütləvi davada ölən və yaralananların adları bilindi

Bərdə rayonunda baş verən kütləvi davada yaralanan şəxslərin kimliyi məlum olub.

Bərdə Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Nizami Mehtizadə açıqlamasında bildirib ki, üç nəfər yaralanıb:

“Onların vəziyyətləri ağır qiymətləndirilir. Yaralılar Şəmkir rayon sakinləri – 1984-cü il təvəllüdlü Bağırov Rauf Qalib oğlu, 1991-ci il təvəllüdlü Əzizov Nicat Allahverdi oğlu və 1994-cü il təvəllüdlü Abbasov Adıgözəl Cənnətəli oğludur”.