Bərdə Hadisə Region

Bərdədə yol kənarında meyvə satan şəxsi avtomobil vuraraq öldürdü

Bərdədə piyadanın ölümünə səbəb olan yol qəzası baş verib.

Aranxeber-in məlumatına görə, hadisə rayonun Alaçadırlı kəndində qeydə alınıb.

Yol kənarında meyvə-tərəvəz satan Məmmədov Elxan Xanlar oğlunu minik maşını vurub. Nəticədə E.Məmmədov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.