Hadisə Ölkə

Bakıda sənədini yoxladığı qadına mesaj yazan polis işdən çıxarıldı – RƏSMİ + FOTO

Sosial şəbəkələrdə metronun “Koroğlu” stansiyasında polis əməkdaşının xüsusi karantin rejimi dövründə küçəyə çıxma icazəsinin olub-olmadığını yoxlamaq məqsədilə bir qadını saxlayan, daha sonra həmin qadının sosial şəbəkədəki səhifəsinə tanışlıq üçün yazan polis işdən çıxarılıb.

DİN-in Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov bu barədə  açıqlamasında bildirib ki, aparılan araşdırmalar zamanı polis əməkdaşı barədə irəli sürülən fakt təsdiqini tapıb:

“Polisə yaraşmayan davranışlarına görə Zahir Abbasov daxili işlər orqanlarından xaric edilib”.