Ölkə Texnologiya

Bakının ən möhtəşəm piyada keçidi açılış ərəfəsində

Paytaxtın Neapol küçəsində, Heydər Əliyev parkının yanında müasir görkəmi ilə seçilən daha bir yerüstü piyada keçidi vətəndaşların istifadəsinə veriləcək.

AAYDA-nın sözçüsü Anar Nəcəfli bildirib ki, piyada keçidi təhlükəsiz istismar, partlayış, yanğın təhlükəsizliyini təmin edən normalara uyğun inşa edilib.

Aranxeber xəbər verir ki, keçidin indiki hazır vəziyyətindən öncə, yalnız beton sütunlar olan zaman bəzi vətəndaşlar keçidin çox hündür, pilləkənlərin sayının çox olduğunu bildirərək, yaşlı və fiziki məhdudiyyətli insanların, hamilə qadınların və digərlərinin burdan istifadə edərkən böyük əziyyət çəkəcəklərini qeyd edirdilər.

Əhalinin həssas təbəqəsi nəzəri alınaraq, keçiddə liftlər quraşdırılıb.