Hadisə Ölkə

Bakının mərkəzi küçələrindən birində hərəkət məhdudlaşdırılacaq

Gecə saatlarından paytaxt küçələrindən birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, aparılacaq təmir işləri ilə əlaqədar iyulun 23-dən 24-nə keçən gecədən etibarən Nizami küçəsinin Kövkəb Səfərəliyeva və Yusif Səfərov küçələri arasında yerləşən hissəsində hərəkət məhdudlaşdırılacaq. 

Məhdudlaşdırma təmir işləri bitənədək qüvvədə olacaq. Sürücülərdən öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri tövsiyə olunur.