Hadisə

Bakının mərkəzində eyni vaxtda iki qəza baş verdi – FOTO

Bakıda iki yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az-ın məlumatına görə, hər iki qəza eyni vaxtda Nobel prospektində – “Ağ şəhər”in qarşısında baş verib.

Qəzaların biri “Ağ şəhər”in qarşısındakı yolayrıcında, digəri isə şəhər istiqamətində baş verib.

Hadisələr nəticəsində xəsarət alanların olub-olmaması barədə hələlik məlumat yoxdur. 

Faktla bağlı araşdırma aparılır.