Beyləqan Region

Baş prokuror Beyləqan və daha 3 rayona yeni prokror təyin edib

Prokurorluq orqanlarında kadr korpusunun komplektləşdirilməsi istiqamətində işlər davam etdirilir. 

Bununla bağlı Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, Baş prokuror Kamran Əliyevin imzaladığı əmrlərlə Ramazan Hadıyev Beyləqan, Rauf Gözəlov Qazax, Nazim Babayev Qəbələ, Behruz İbrahimov isə Yardımlı rayonunun prokuroru vəzifələrinə təyin ediliblər. 

Qeyd edək ki, Rauf Gözəlov Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Dövlət İttihamınının müdafiəsi üzrə şöbəsinin prokuroru, Nazim Babayev Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinin böyük prokuroru idi/oxu.az.