Baş Bərdə Region Sosial

Bərdə gəncləri “GƏNCLƏR EVİ” istəyir

Bərdədə bir qrup gənc Bərdə şəhərində gənclər evinin tikilməsi üçün online imzatoplama kampaniyasına başlayıb.

Gənclər bildirir ki, onlar asudə vaxtlarını səmərəli keçirmələri və bir araya toplaşa bilmələri üçün gənclər evi kimi bir mərkəzə çox ehtiyac var. Bərdə şəhərində isə gənclər evinin tikintisi dövlət planına salınıb. Ancaq bəzi səbəblərdən dolayı mərkəzin inşası dayandırılıb.

Gənclər, mərkəzin tikintisinin yenidən başlanmasını tələb edirlər və bütün bərdəliləri bu kampaniyaya qoşulmağa çağırırlar.

https://www.change.org/p/b%C9%99rd%C9%99-icra-hakimiyy%C9%99ti-b%C9%99rd%C9%99d%C9%99-g%C9%99ncl%C9%99r-evinin-a%C3%A7%C4%B1lmas%C4%B1-telebi?recruiter=825088180&utm_source=share_petition&utm_medium=copylink&utm_campaign=share_petition