Dünya İdman

“Beşiktaş”, “Rizəspor” və “Qaziantep” əzmkar qələbə qazanıb

Türkiyə Super Liqasında XXXI tur başa çatıb.

Turun son günündə 3 matç baş tutub.

Super Liqada qalmaq uğrunda mübarizə aparan komandaların duelində 5 qol vurulub. “Rizəspor” “Kayserispor” üzərində əzmkar qələbə ilə rəqibini arxada qoyub.

Təhlükəli zonada qərarlaşan “Konyaspor” “Qaziantep”in qonağı olub. Meydan sahibləri məğlub duruma düşsə də, sonda vurulan qollarla oyunda dönüş yaradıb.

“Beşiktaş” evdə “Kasımpaşa” ilə görüşüb. İstanbullular əzmkar qələbə ilə üç xal qazanıb.

Qeyd edək ki, növbəti turun matçları iyulun 11-13-də keçiriləcək.

Türkiyə Super Liqası
XXXI tur
9 iyul
“Rizəspor” – “Kayserispor” – 3:2

Samudio, 11, Qarmaş, 90, Fernandes, 90 – Angelo, 32, Kravets, 87
“Beşiktaş” – “Kasımpaşa” – 3:2
Boyd, 6, Boatenq, 49, Yalçın, 90 – Koyta, 21, 29
“Qaziantep” – “Konyaspor” – 3:1
Maksim, 87 (pen.), Soyalp, 89, Pavlovski, 90 – Miloşeviç, 13

1.Başakşəhər31199359:2766
2.Trabzonspor311711370:3562
3.Sivasspor31159750:3454
4.Beşiktaş311651053:4053
5.Qalatasaray311410750:3352
6.Alanyaspor31149857:3451
7.Fənərbaxça31148954:4150
8.Qaziantep3110111045:4741
9.Göztəpə311091239:4239
10.Antalyaspor319111137:4938
11.Kasımpaşa311061546:5436
12.Gənclərbirliyi31891436:5033
13.Yeni Malatyaspor31881544:4632
14.Dənizlispor31881528:4432
15.Rizəspor31951734:5232
16.Kayserispor31871638:6831
17.Konyaspor316121326:4330
18.Ankaragücü315111529:5626

ApaSport