Baş Hadisə Region

Beyləqan sakini dəm qazından zəhərlənərək ölüb

Beyləqanda ölüm hadisəsi baş verib. 

aranxeber.com APA-ya istinadən xəbər verir ki, hadisə rayonun 1-ci Şahsevən kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Atakişiyev Rasim Əli oğlunun meyiti qohumları tərəfindən yaşadığı evdə aşkarlanıb.

İlkin ehtimala görə, R. Atakişiyev dəm qazından zəhərlənərək ölüb.

Faktla bağlı Beyləqan Rayon Prokurorluğunda cinayət işi başlanıb, araşdırma aparılır.