Beyləqan Hadisə Region

Beyləqanda külli miqdarda güclü təsiredici xassəyə malik müxtəlif növ narkotik vasitələr aşkarlandı – FOTO

Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində növbəti uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb. 

Bildirilib ki, Beyləqan RPŞ-nin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində “VAZ-2107” markalı avtomobili idarə edən rayon sakini Şəhriyar Şirinov və sərnişin Yevlax rayon sakini Azər Həsənov saxlanılaraq Polis Şöbəsinə gətirilib.

Axtarış zamanı A.Həsənovun əlindəki sintetik torbadan müxtəlif qablaşdırmalarda beş kiloqramdan artıq narkotik vasitə – tiryək, bir ədəd bağlamada 130 qramdan artıq heroin və bir ədəd bükümdə 12 qramdan artıq psixotrop maddə, metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Beyləqan RPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.