İqtisadiyyat

“Brent” neftinin qiyməti dördaylıq rekordu yeniləyib

“Brent” markalı neftin sentyabr füçerslərinin qiyməti martın 9-dan etibarən ilk dəfə olaraq 44 ABŞ dollarını keçib.

Aranxeber xəbər verir ki, Londonun ICE birjasında “Brent”in qiyməti Bakı vaxtı ilə saat 14:21-də 2,61% artaraq 44,41 dollar təşkil edib.

ABŞ-ın WTI markalı neftinin qiyməti isə 2,49% artaraq 41,94 dollara bərabər olub.