Baş Sosial Təhsil

Buraxılış imtahanlarının vaxtı dəyişdirildi

6 və 7 iyun 2020-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan imtahanlar müvafiq olaraq 10 və 11 iyun tarixlərində keçiriləcək.

Bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.

Bildirilib ki, iyunun 6-da imtahanda iştirak etməli olan şəxslər ayın 10‑da, 7-də imtahanda iştirak etməli olan şəxslər isə 11-də imtahan verəcəklər.

İmtahan keçiriləcək şəhər və rayonların ardıcıllığı, başlanma saatı və iştirakçıların buraxılış vərəqələrində göstərilən binaya gələcəyi vaxt olduğu kimi qalır.

Qeyd edilib ki, “İmtahana buraxılış vərəqəsi” çap etmiş şəxslərin yenidən buraxılış vərəqəsi çap etməsinə ehtiyac yoxdur.