Hadisə

Canavar 23 yaşlı gəncə hücum etdi

Tovuzda gəncə canavar hücum edib.

Hadisə rayonun Əsirik kəndində, meşə yaxınlığında qeydə alınıb.

23 yaşlı Samir Əliyev canavar dişləməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Dərhal ona lazımi tibbi yardım göstərilib, vəziyyətinin normal olduğu bildirilir.

S.Əliyev ilkin yardımdan sonra evə buraxılıb.