44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun daha bir itkin düşmüş hərbçisinin şəhid olduğu aşkarlanıb. Bu barədə sosial şəbəkələrdə məlumatv yayılıb. Bildirilib ki, Murovdağ istiqamətində gedən döyüşlərdə şəhid olan tabor komandiri, polkovnik-leytenant Atəm Əliyevin nəşi tapılıb. Polkovnik-leytenant Əliyev Atəm Vaqif oğlu 1982-ci ildə Ağdaşın Abad kəndində anadan olub. O, həyatının 20 ilini Azərbaycan Ordusuna həsr edib. […]
Baş
Azərbaycanda təhsillə bağlı qərar verildi – RƏSMİ
Baş nazir Əli Əsədov xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı qərar verib. Bununla bağlı Nazirlər Kabineti məlumat yayıb. Qərara əsasən, – Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün təhsil müəssisələrində 2021-ci il 1 fevral tarixindən tədris və təlim-tərbiyə prosesinin əyani formada təşkili sanitar-epidemioloji vəziyyətlə […]
Azərbaycan əsgəri minaya düşərək həlak olub
Azərbaycan Ordusunun daha bir əsgəri minaya düşüb. Hərbi qulluqçu Cavadov Rəşad Fərzəli oğlu mina partlayışı nəticəsində həlak olub. Müdafiə Nazirliyi faktı təsdiqləyib. Hadisə ilə əlaqədar araşdırma aparılır.
20 Yanvar faciəsindən 31 il ötür – VİDEO
Azərbaycanda 1990-cı il yanvarın 20-də baş vermiş faciədən 31 il keçir. Bununla bağlı Azərbaycanda Ümumxalq hüzn günü elan olunub. Azərbaycanın hökumət və dövlət nümayəndələri, diplomatik korpusun təmsilçiləri, sıravi vətəndaşlar 20 Yanvar faciəsinin qurbanlarının dəfn olunduğu Şəhidlər Xiyabanını ziyarət edəcəklər. Yanvarın 20-də Bakı Polis Qarnizonu gücləndirilmiş rejimdə işləyəcək. Dünya ictimaiyyətinin diqqətini Qanlı Yanvar faciəsinə yönəltmək üçün […]
Azərbaycanda bir dəqiqəlik sükut olacaq
Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi vətəndaşlara müraciət edib. Bunu açıqlamasında İdarənin bölmə rəisi polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, bu gün 20 yanvar faciəsinin ildönümü ilə əlaqədar vətəndaşların Şəhidlər Xiyabanını ziyarəti ilə bağlı Parlament prospektindən Şəhidlər Xiyabanı istiqamətində avtomobillərin hərəkətinə məhdudiyyət qoyulub: “Sürücülərdən xahiş olunur ki, həmin istiqamətdə şəxsi […]