Dünya

“Fənərbaxça”nın futbolçusu “Başakşəhər”ə keçib

Türkiyənin “Fənərbaxça” klubunun futbolçusu Hasan Ali Kaldırım komandası ilə yollarını ayırıb. Aranxeber-in məlumatına görə, bunu sosial şəbəkədə paylaşım edən futbolçunun özü açıqlayıb. “Fənərbaxça” ilə vidalaşan oyunçu karyerasını digər İstanbul klubunda davam etdirəcək. O, son çempion “Başakşəhər”lə anlaşıb. Kaldırım bu gün tibbi müayinədən keçəcək.

Dünya

Putin üç generalı istefaya göndərdi

Rusiya Prezidenti Vladimir Putin ölkənin İstintaq Komitəsinin üç generalının vəzifələrindən azad edilməsi üçün sərəncam imzalayıb.  Bununla bağlı RBK məlumat yayıb.  Bildirilib ki, istefaya göndərilənlər – general-mayor Andrey Bunyev, general-mayor Sergey Vasyulin və general-leytenant Vadim Buqayenkodur. Hər üç şəxs vəzifədən azad olunmaq üçün Putinə ərizə ilə müraciət etmişdi.

Dünya Hadisə

Beyrutda yükü partlayan gəminin kapitanı: “Sənəddə gübrə daşındığı yazılmışdı”

Livanın Beyrut limanında yükü partlayan “Rhosus” gəmisinin kapitanı “Moskva 24” telekanalına müsahibə verib. Boris Prokoşevin sözlərinə görə, gəmi üç tona yaxın konsentrat ammonium-nitratı Batumidən Mozambikə aparırmış. “Mən elə bildim ki, bu gübrədir. Fikirləşdim ki, məqsəd sahəni gübrələməkdir. Sənəddə belə yazılmışdı”, – kapitan deyib. O qeyd edib ki, gəmidə hər yer bağlı imiş, açarlar isə limanın Miqrasiya […]

Dünya Hadisə

Beyrutdakı dəhşətli partlayışın səbəbi məlum oldu – VİDEO

Livanın paytaxtı Beyrutda baş verən güclü partlayışın ilkin səbəbləri açıqlanıb. Livanın “LBC International” telekanalı məlumat verir ki, Beyrut limanında baş vermiş partlayış aparılan qaynaq işləri zamanı 2 700 ton selitrin partlaması nəticəsində meydana gəlib. “Oğurluq hallarının qarşısını almaq məqsədilə hasardakı dəliklərdə qaynaq işlərinin icra edildiyi zaman 2 700 ton selitr partlayıb”, – telekanal hüquq-mühafizə orqanlarının ilkin nəticələrinə istinadən […]

Dünya

11 minlik Türkiyə ordusunun təlimlərinə cavab olaraq 4 mindən çox rus hərbçisi Ermənistan, Rostov və Volqoqradda təlimlərə başlayıb

Rusiya Cənub Hərbi Dairəsinin dörd mindən çox hərbçisi Ermənistan, Rostov və Volqoqrad bölgələrində batalyon taktiki təlimlərinə başlayıb. Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb. Qeyd olunub ki, kəşfiyyat və atəş komplekslərinin tərkibindəki tank bölmələri dağlıq ərazilərin arxasındakı dörd min metrədək məsafədə yerləşən hədəflərə canlı atəş açıblar. Taktiki batalyon qrupları tam hazır vəziyyətdə təchiz olunaraq Rostov bölgəsində […]