Bərdə Hadisə Region Sosial

Bərdədə qadının əri tərəfindən öldürülməsi ilə bağlı rəsmi məlumat

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bərdə rayonunda baş vermiş zorakılıq hadisəsi ilə bağlı zərərçəkmiş ailənin sosial-psixoloji vəziyyətini nəzarətdə saxlayır. Aranxeber xəbər verir ki, bu barədə Dövlət Komitəsindən məlumat verilib. Qeyd olunub ki, kütləvi informasiya vasitələrində martın 26-da Bərdə Rayon Uşaq Xəstəxanasının qarşısında Bərdə rayon sakini İsmət Zamanovun həyat yoldaşı Zülfiyyə Zamanovanı qətlə yetirməsi […]

Baş Hadisə Səhiyyə Sosial

Xüsusi təyinatı olmayan avtomobillərin rayonlararası hərəkəti dayandırılır

Ölkədə xüsusi karantin rejimi dövründə bir sıra nəqliyyat vasitələrinin hərəkəti tam dayandırılacaq. Xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, kənd təsərrüfatı, sosial xidmət məqsədli, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna hal kimi qəbul olunacaq. Aranxeber xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın 27 mart tarixli qərarında yer alıb: “Bakı, Sumqayıt […]

Hadisə Region Sabirabad

Sabirabadda yaşayış binasında yanğın baş verib

Sabirabad rayonunda yaşayış binasında yanğın olub. Aranxeber xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən mətbuata verilən məlumata görə, Sabirabad rayonunda beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində ümumi sahəsi 62 m² olan aptekdə 1 ədəd kondisioner və tibbi ləvazimatlar 5 m² sahədə yanıb. Aptekin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Baş Hacıqabul Hadisə Region

Hacıqabulda 34 yaşlı kişini qatar vurdu

Hacıqabulda 34 yaşlı kişini qatar vurub. Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə Hacıqabul rayonunun Navahı kəndində baş verib. Kənd sakini, 1986-cı il təvəllüdlü Rəhimov Elvin Səttar oğlunu qatar vurub. Yaralı ayaq barmaqlarının travmatik amputasiyası, çoxsaylı xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Faklta bağlı araşdırma aparılır.