Hadisə Region

Salyanda maşınla vurulan piyada ölüb

Salyanda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub. aranxeber.com-ın APA-a istinadən xəbərə görə, aprelin 11-də saat 14.00 radələrində Salyan şəhərinin ərazisində Bakı şəhər sakini Zahid Bağırov idarə etdiyi “Mercedes” markalı avtomobillə yolu keçən Astara rayon sakini Fəqan İmaməliyevi vurub və piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Hadisə Region

Şəmkirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, rayonun Kür qəsəbəsinə gedən yolda VAZ-2107 və LADA markalı avtomobillər toqquşub. Nəticədə iki qadın sərnişin xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin orta-ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Hadisə Region

Şamaxıda yol qəzasında ölən şəxsin və yaralanan 5 nəfərin adı məlum olub

Şamaxıda ağır yol-nəqliyyat hadisəsi zamanı ölən bir nəfərin və xəsarət alan 5 nəfərin adları məlum olub. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, bu gün səhər saat 9:30 radələrində Bakı-Şamaxı yolunun Meysəri kəndi ərazisindən keçən hissəsində Şəki-Bakı marşurutu üzrə hərəkət edən “Ford Tranzit” markalı sərnişin mikroavtobusunun “VAZ 2106” markalı minik avtomobili ilə toqquşması nəticəsində Şəki sakinləri-1984-cü […]

Hadisə Region

Saatlıda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub

Saatlı rayonunda 2 nəfərin ölümü ilə nəticələnən yol qəzasının təfərrüatları məlum olub. Otən gün axşam saatlarında Saatlı rayonunun Qaralar kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib. Hacıqabul rayonu Pirsaat kənd sakini, 1992-ci il təvəllüdlü Rəsulov Mehman Dövlət oğlunun idarə etdiyi “Shacman” markalı yük avtomobili təkərinin partlaması nəticəsində yoldan çıxaraq su kollektoruna aşıb. Yük avtomobili eyni […]

Hadisə

Goranboyda polis əməkdaşı ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb

Goranboyda polis əməkdaşı ehtiyatsızlıq nəticəsində ağır xəsarət alıb. aranxeber.com-ın APA-a istinadən verdiyi məlumata görə, Xocalı rayon Polis Şöbəsinin əməkdaşı 1990-cı il təvəllüdlü Əhmədov Alim Nəriman oğlu bu gün ağır bədən xəsarətləri ilə Goranboy rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Daha sonra o, Gəncədəki özəl klinikaların birinə aparılıb. Öncə polisin rayonun Qaraçinar kəndi ərazisində avtomobil tərəfindən vurulduğu bildirilsə […]