Baş Hadisə Kriminal Region

Masallıda “Azərişığ”ın əməkdaşları güllələnib

Masallı rayonunda “Azərişıq” ASC-nin 3 əməkdaşı güllələnib. Aranxeber “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Yeddioymaq kəndində baş verib. Belə ki, Yeddioymaq kənd sakini 1969-cu il təvəllüdlü Mansur Bəşir oğlu Şahmuradov elektrik enerjisi borcu olduğuna görə onun həyətinə gələn və borcunun ödənməsini istəyən elektrik şəbəkəsi işçiləri ilə mübahisə edib. Heç bir borcunun olmadığını iddia edən abonent […]

Baş Hadisə Kriminal Mingəçevir Region

Mingəçevir. 38 yaşlı qadın qətlə yetirildi

Mayın 20-də 1982-ci il təvəllüdlü Mingəçevir şəhər sakini Fərqanə İsayevanın qohumunun evində bıçaqlanaraq, öldürülməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. Aranxeber xəbər verir ki, Mingəçevir Şəhər Prokurorluğundan verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət […]

Baş Kriminal Kürdəmir Region

Kürdəmirdə hamilə qadını güllələyənin kimliyi bilindi

Dünən Kürdəmir rayonunda hamilə qadını güllələyən şəxsin kimliyi məlum olub. Aranxeber xəbər verir ki, kənd sakini Ramo Mövlayev qısqanclıq zəminində qardaşının hamilə olan həyat yoldaşı Könül Mövlayeva ilə mübahisə edib. Mübahisə nəticəsində R.Mövlayev ov tüfəngi ilə atəş açaraq qadını güllələyib. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilərək, əməliyyat olunub. R.Mövlayev polis tərəfindən saxlanılıb. Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda […]

Kriminal Region Şirvan

Şirvanda qız 87 yaşlı atasını baltalayıb öldürdü

Şirvan şəhəri, M.Araz küçəsi ev 22-də yerləşən fərdi yaşayış evində gecə saat 03 radələrində ölüm hadisəsi baş verib. Aranxeber APA-ya istinadən xəbər verir ki, şizofreniya xəstəsi olan 1977-ci il təvəllüdlü Əkbərova Mirsəkinə Nadir qızı atası – 1933-cü il təvəllüdlü Əkbərov Nadir İbadulla oğlunu baş nahiyəsindən balta ilə vuraraq qətlə yetirib. Meyit Şirvan Pataloji Anatomiya və Məhkəmə Tibbi […]

Baş Kriminal Kürdəmir Region

Kürdəmirdə hamilə qadın güllələndi, vəziyyəti ağırdır

Kürdəmir sakini güllə yarası alıb. Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Sığırlı kəndində baş verib. Könül İbrahim qızı Mövlayeva naməlum şəraitdə güllə yarası alıb. O, Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Həkimlər zərərçəkənin vəziyyətini ağır qiymətləndirirlər. Hadisənin başvermə səbəbi araşdırılır. Qeyd edək ki, K.Mövlayeva hamilədir.