Hadisə Region Zərdab

Zərdabda dörd mindən artıq əhalinin istifadə etdiyi yol yenidən quruldu

Zərdab rayonunda 7 km uzunluğunda yerli əhəmiyyətli avtomobil yolunun yüksək keyfiyyətlə yenidən qurulması işləri artıq sona çatdırılıb. Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb. Bildirilib ki, Ucar-Zərdab-Ağcabədi avtomobil yolunun 32-ci km-dən ayrılan və 7 km uzunluğa malik Gəlmə-Əlibəyli-Allahqulubağı avtomobil yolu IV texniki dərəcəlidir və 3 kəndin 4 mindən artıq əhalisinin rayon mərkəzinə və […]

Hadisə Neftçala

Neftçalada evdə yanğın olub

Neftçala rayonunda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, rayonda ümumi sahəsi 144 kvadrat metr olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 25 kvadrat metr sahədə və dəhlizinin lambirdən ibarət tavanı 6 kvadrat metr yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

Beyləqan Hadisə Ölkə Region

Beyləqanda komendant saatını pozan şəxsdən silah götürülüb

Beyləqanda komendant saatını pozan şəxsdən silah götürülüb. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oktyabrın 16-da saat 22 radələrində Beyləqan şəhəri ərazisində şəhər sakini P.İzzətov idarə etdiyi “Mercedes” markalı avtomobillə komendant saatı rejimini pozduğuna görə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Avtomobilə baxış zamanı oradan nömrəsi silinmiş “TOZ-16” markalı ov tüfəngi aşkar edilərək götürülüb.

Bərdə Hadisə

Düşmən Bərdədə restorana və məktəbə raket zərbələri endirdi: Yaralılar var – VİDEO

İşğalçı ölkənin silahlı qüvvələrinin yaşayış məntəqələri və silahsızlaşdırılmış zonalar, habelə hərbi hədəf olmayan, aydın görünən və fərqləndirilən obyektlər, o cümlədən, mülki əhalini hədəfə almaqla 0bu gün səhər saat 10 radələrindən başlayaraq Bərdə rayonunu müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutub. Bununla bağlı Baş Prokurorluq məlumat yayıb. Bildirilib ki, səhər saat 11 radələrində Bərdə […]