Ağdaş Hadisə Region

Ağdaşda ağır yol-nəqliyyat hadisəsi baş verib, sürücü ölüb – FOTO

Аğdaş rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hadisə bu gün Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Ağdaşın Xosrov kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Gərayev Niyaz Nizam oğlu “VAZ 21011” markalı minik avtomobili ilə hərəkətdə olarkən qəflətən idarəetməni itirib və maşın yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq […]

Ağcəbədi Ağdaş Beyləqan Bərdə Biləsuvar Göyçay Region

Aran rayonlarını tanıyaq-I HİSSƏ

1.Ağcabədi rayonu-1930-cu ildə rayon adı almış, 1963-cü ildə rayon statusu ləğv edilərək Ağdam rayonuna verilmiş, lakin 1965-ci ildə yenidən müstəqil rayon statusunu almışdır. 1756km2 ərazidə yerləşən, 134500 nəfər əhalisi olan rayonun nəqliyyat kodu 04-dür. Rayon Qarqar çayının sahilində yerləşir, boz-çəmən tipli torpağı, mülayim-isti və quru iqlimi var. İllik 300-500mm yağıntı yağan rayonun əhalisi pambıqçılıq, taxılçılıq […]

Ağdaş Hadisə Region

Ağdaşda evdə qaz balonu partlayıb, 1 nəfər xəsarət alıb

Ağdaş rayonunda evdə qaz balonu partlayıb. Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Pirkəkə kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlü Aslanov Elnur Faiq oğlu yaşadığı evdə qaz balonunun partlaması nəticəsində ağır yanıq xəsarətləri alıb. O, təcili olaraq Bakı şəhərindəki Respublika Yanıq Mərkəzinə aparılıb. Faktla bağlı araşdırma aparılır. 

Ağdaş Hadisə Region

Sürücü idarəetməni itirdi, üç nəfər xəsarət aldı

Ağdaş rayonunda yol-nəqliyyat hadisəsi baş verib. Aranxeber APA-ya istinadən xəbər verir ki, hadisə bu gün Bakı-Şamaxı-Yevlax yolunun Ağdaş şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb. Qəbələ sakini, 1990-cı il təvəllüdlü Xıdırov Etibar Şahin oğlu “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Hadisə zamanı sürücü Etibar Xıdırov, eləcə də sərnişinlər – […]